2021-ci ilin ən təhlükəsiz avtomobilləri

Baş səhifə / Faydalı məlumatlar / 2021-ci ilin ən təhlükəsiz avtomobilləri

Sürətlə inkişaf edən texnologiya, avtonom idarəetmənin inkişafı və təhlükəsizlik yastıqları kimi passiv təhlükəsizlik sistemləri ilə avtomobillərin təhlükəsizlik səviyyəsi xeyli artmışdır. Xüsusilə 2021-ci ildə bir çox avtomobil modeli təhlükəsizlik texnologiyalarında uğurlu nəticələr əldə etdi. Sizin üçün Euro NCAP testlərində 2021-ci ilin ən uğurlu nəticələrini əldə edən avtomobilləri bir araya gətirdik. 2021-ci ilin ən təhlükəsiz avtomobilləri bunlardır:

1. Skoda ENYAQ iV
Skoda'nın yeni elektrikli SUV ENYAQ iV 2021-ci ilin ən təhlükəsiz avtomobili olmağı bacardı. Yetişkin sərnişinlərin təhlükəsizliyində 94%, uşaq sərnişinlərin təhlükəsizliyində 84%, piyada təhlükəsizliyində 71% və təhlükəsizlik texnologiyalarında 82% müsbət göstərici əldə edən avtomobil, xüsusilə ön toqquşmalarda uğur qazanır. Euro NCAP-a görə, diz təhlükəsizlik yastıqlarının və aktiv kapot xüsusiyyətinin olmaması aparıcı çatışmazlıqlardandır.

2. Cupra Formentor
FIAT -ın  yaratdığı Abarth markası kimi, SEAT da Cupra adlı bir markaya sahibdir. Cupra Formentor modeli isə 93% yetişkin və 88% uşaq sərnişin təhlükəsizliyi ilə 2021-ci ilin ən təhlükəsiz nəqliyyat vasitələri siyahısında 2-ci yeri tutur. Siyahıda 2-ci olmasına baxmayaraq, Cupra Formentor xüsusilə piyada təhlükəsizliyi baxımından rəqiblərindən geri qalır. Buna baxmayaraq, yetişkin sərnişin təhlükəsizliyi sahəsində bu boşluğu doldurur.

3. Polestar 2
Volvo'nun alt markası olan Polestar, 2 modeli ilə  siyahıya3-cü yerdə girməyi bacarır. Həmçinin bu Volvo ənənəsinin davam etdirilməsi baxımından da çox əhəmiyyətlidir. Çünki marka demək olar ki, hər il 1 və ya 2 avtomobil ilə EuroNCAP-ın zirvəsindədir. 93% yetişkin sərnişin təhlükəsizləyi və  89% uşaq təhlükəsizliyini təmin edən avtomobil, passiv təhlükəsizlik sistemləri baxımından yalnız diz hava yastığı baxımından geridədir.

4. Volkswagen ID.4
Volkswagen Group-un başlatdığı elektrikli avtomobil sıçrayışının ən əhəmiyyətli nümayəndələrindən biri olan Volkswagen ID.4, təhlükəsizlik baxımından çox müvəffəqiyyətlidir. Demək olar ki, 93% yetişkin sərnişin təhlükəsizliyi ilə rəqiblərinə gözdağı verən avtomobil, digər markalarda olduğu kimi diz təhlükəsizlik yastıqlarında  ciddi çatışmazlığa malikdir.

5. Genesis GV80
3.0 litrlik dizel mühərriki ilə çox güclü  avtomobil olan Genesis GV80, 5-ci yeri tutmaqla həm təhlükəsizlik, həm də performans baxımından müvəffəqiyyətli olduğunu sübut edir. 91% yetişkin sərnişin təhlükəsizliyinə sahib olan avtomobilin ən böyük üstünlüyü diz hava yastıqlarına sahib olmasıdır.

Euro NCAP nədir və avtomobilləri necə test edir?
European New Car Assessment Programme (qısaldılmış Euro NCAP) və ya  Avropa Yeni Avtomobil Qiymətləndirmə Proqramı, 1997-ci ildə AB üzv ölkələrinin nəqliyyat vasitələri idarələri və istehlakçı hüquqları dərnəkləri kimi qurum və təşkilatlar tərəfindən quruldu.

Euro NCAP-ın məqsədi nəqliyyat vasitələrinin təhlükəsizliyini testlərlə ölçmək və nəticələrini şəffaf şəkildə elan etməkdir. Beləliklə, istehlakçıların daha təhlükəsiz vasitələrə üstünlük vermələrini təmin etmək və bununla da bütün istehsalçıları avtomobillərini daha təhlükəsiz hala gətirməyə təşviq etmək məqsədi daşıyır.

Avtomobillərin testlərə qatılması məcburi olmasa da, demək olar ki, hər bir marka nəqliyyat vasitələrini könüllü olaraq Euro NCAP-a göndərir, çünki bu, AB üzv ölkələrində ən vacib məsələlərdən biridir.

Euro NCAP bir çox sınaq keçirir. Bununla birlikdə, avtomobilin təhlükəsizliyi ilə bağlı ən vacibləri aşağıdakılardır:
  • 40% örtüşən və deformasiya olunan maneə toqquşması
  • 25% örtüşən və deformasiyaya uğramayan maneə toqquşması
  • piyada qəza testi
  • yan toqquşma
İki avtomobilin bir-biri ilə toqquşmasının nəticəsini görmək üçün 40% örtüşən və deformasiya olunan maneə toqquşması istifadə olunur. Çünki statistikaya görə, iki maşın toqquşanda ön kapotun yarısından daha az hissəsi adətən bir -biri ilə toqquşur.

25% örtüşən və deformasiyaya uğramayan maneə toqquşması, yol kənarındakı maneələr kimi maneələri vuran avtomobilləri simulyasiya edir. Burada da beton və polad kimi sərt cisimlərlə toqquşma nəticəsində deformasiyaya uğramayan materiallar istifadə olunur.

Bu gün avtomobillər piyadaların iştirakı ilə baş verən qəzada ən az insan itkisini təmin etmək üçün hazırlansa da, piyada qəza testindən avtomobilin  piyadaları vurması halında yaranan nəticəni göstərmək üçün istifadə olunur.    

Yan çarpma testi, xüsusən keçidlərdə baş verən qəzaları simulyasiya etmək üçün istifadə olunur.

Testlər 64 km/saat sürətlə aparılır. Çünki statistikaya görə, sürücülər qəza törədəcəklərini anladıqda yavaşlamağa çalışırlar və toqquşma bu sürətlə baş verir. 

Arzuladığın maşını icarəyə götür

Xəyallarınızın avtomobilinə indi cəmi 1 addım uzaqdasınız.

Avtomobil icarəyə götür
Bir kliklə WhatsApp-a yazın